İstədiyiniz mesajlaşma variantına "açıq" olun. Şəxsi məlumatlar bütün vasitələrlə və gözlədiyinizdən çox qorunur.
"Cipchat hər gün istifadə edirəm."
Edward Snowden
Ifşa eləyən və təhlükəsizlik üzrə mütəxəssis
"I trust Cipchat because it’s well built, but more importantly, because of how it’s built: open source, peer reviewed, and funded entirely by grants and donations. A refreshing model for how critical services should be built."
Jack Dorsey
CEO of Twitter and Square
"Cipchat bizim malik olduğumuz ən əlverişli alətdir. Pulsuzdur və peşəkar yoxlamadan keçib. Sizi bu alətdən gündəlik istifadəyə çağırıram."
Laura Poitras
Oskar mükafatı sahibi rejissor və jurnalist
"Bu tətbiqetmənin təhlükəsizliyi və istifadəyə yararlığı və bunun təmin edilməsi yolları məni hər dəfə təsirləndirir. Şifrəli ünsiyyət üçün birinci seçimim budur."
Bruce Schneier
Təhlükəsizlik üzrə beynəlxalq səviyyədə tanınan
texnoloq
Cipchat sadə, güclü və təhlükəsiz messencer olması haqda.
(Cipchat Protocol açıq proqram təminatının) Hazırkı end-to-end şifrələməsi ünsiyyətinizin təhlükəsizliyini tam təmin edir. Biz sizin ismarışınızı oxuya, yaxud zənglərinizi dinləyə bilmərik, heç başqaları da bunu eləyə bilməz. Şəxsi məlumatların qorunması sadəcə prinsip deyil, bu, Cipchat yoludur, işləmək üsuludur. Hər ismarış, hər zəng hər zaman qorunur.
Mətn, səsli ismarışlar, foto və videoları, GİFləri və fayları pulsuz paylaşın. Cipchat telefonunuzun data məlumatlarından elə istifadə edir ki, SMS və MMS-ə pul xərcləmirsiz.
Uzaq məsafələrə görə pul ödəmədən, nəinki şəhərin o başına, hətta okeanın o tayına tər-təmiz səsli və görüntülü zəng edə bilərsiz.
Söhbətlərinizə şifrələnmiş stikerli yeni ifadə forması əlavə edin. Siz həmçinin özünüzün stiker boğçanızı yarada və paylaşa bilərsiz.
Qrup söhbətləri ailəniz, dostlarınız və həmkarlarınızla əlaqədə qalmağınızı asanlaşdırır.
Cipchat reklam, ticarət nümayəndəsi və mənfur izləmə yoxdur. Ona görə də sizin üçün vacib anları sizə vacib olan adamlarla rahat paylaşa bilərsiz.
Cipchat tərəfsiz və gəlirsizdir. Bizim hansısa böyük texnoloji şirkətlə
bağlılığımız yoxdur və nə vaxtsa hansısa şirkətin, şəxsin əlinə keçəsi deyilik. Sizin kimi
istifadəçilərin verdiyi qrantlar və yardımlar sayəsində inkişaf edirik.